Prezident: "“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri artıq dünyada nümunə kimi qiymətləndirilə bilər"

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri artıq dünyada nümunə kimi qiymətləndirilə bilər. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə geniş infrastruktur qurulub, enerji, nəqliyyat və yaşayış layihələri paralel şəkildə icra edilir. İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığını da vurğulayıb.Müsahibədə Yaxın Şərqdəki gərginliyə də toxunan dövlət başçısı Azərbaycanın diplomatiyanın tərəfdarı olduğunu bildirib və qeyd edib ki, enerji marşrutlarının şaxələndirilməsi ölkəni qlobal risklərdən daha yaxşı qoruyur. Prezident deyib ki, Hörmüz boğazındakı böhran Azərbaycanın enerji təhlükəsizliyinə ciddi təsir göstərmir.

19 may 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik