Prezident: “Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək"
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olduğunu, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlərin müzakirə edildiyini bildirib. Önəmli qərarların qəbul olunduğunu deyib. Bunu dövlət başçısı helikopter qəzası ilə bağlı İranın Azərbaycandakı səfirliyində başsağlığı verdikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində qeyd edib. "Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək" - deyə Prezident vurğulayıb.
Azad Mustafayev