Prezident Şəkidə yeni məktəb binasının tikintisinə 2 milyon manat ayırıb

2020-07-30 18:00

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 12 milyon manatın Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalayıb. Daha bir sənədlə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb. Prezident İlham Əliyev Qəbələnin əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 700 min manatın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılması barədə də sərəncama izma atıb. Bundan başqa, Təhsil Nazirliyinə Qəbələnin Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 1 milyon 500 min manat, Şəkidə 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının inşası üçün 2 milyon manat, Qobustanın Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 1 milyon manat ayrılıb.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik