Premyer Liqanın 12-ci turunda üç gün ərzində altı qarşılaşma baş tutacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib. Üç gün ərzində altı qarşılaşma keçiriləcək. Bu gün saat 14:30-da “İmişli” – “Zirə”, 19:00-da “Sumqayıt” – “Sabah”, sabah saat 14:30 –da “Şamaxı” – “Turan Tovuz”, 17:00-da “Şəfa” – “Qəbələ”, 22 noyabr, saat 14:30-da “Araz-Naxçıvan” – “Neftçi”, 17:00-da “Kəpəz” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.
20 noyabr 2026

