Premyer Liqada "Qarabağ" "Kəpəz"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarabağ bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Hazırda günün son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağıdır.
Lalə Nəsib