Premyer Liqada IV turun oyunları keçirilib
“Qarabağ” Misli Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib.Bu arada, "Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılacaq. O, Premyer Liqanın 4-cü turunda "Araz-Naxçıvan"la keçirilən görüşdə azarkeşlərlə sağollaşıb.Qolkiper karyerasını ölkəsində davam etdirəcək."Turan Tovuz" "Sumqayıt" qarşılaşmasında isə tovuzlular 2:1 hesabı ilə qələbə qazanıb.Turun əvvəlki oyunlarında "Qəbələ" "İmişli"ni , "Şamaxı" "Kəpəz"i , "Sabah" "Zirə"ni , "Neftçi" "Şəfa"nı məğlub edib.
07 sentyabr 2026

