Premyer Liqada birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar müəyyənləşib
Azərbaycan Premyer Liqasının ilk yarısında birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar müəyyənləşib. Geridə qalan 18 turda matçların fasiləsinə qədər ən yaxşı nəticə göstərən klub “Neftçi” olub. “Sabah” bu baxımdan ikinci sıradadırsa, çempionatın lideri “Qarabağ” üçün ilk yarını o qədər də uğurlu hesab etmək olmaz. Ağdam təmsilçisi 10 qarşılaşmada fasiləyə qədər tarazlığı poza bilməyib.