Premyer Liqa: "Zirə" "Sabah"a qalib gəli
Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Son matçda paytaxt derbisi baş tutub. "Zirə" "Sabah"ın qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol "Zirə"yə 1:0 hesablı qələbə qazandırıb. Xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri liderliyi qoruyublar. "Sabah" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Emin İsazadə