PrayForGanja həştəqi ilə bir milyondan çox tvit yazılıb
2020-10-12 11:03
#PrayForGanja həştəqi dünya trendinə düşüb. Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib. Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. Bu hadisədən sonra dünyanın lazımi reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəqli kampaniya başladılıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 mindən çox tvit atılıb.
Vüsalə Camal