POS terminalların kütləvi tətbiqi Azərbaycanda kölgə biznesinin azalmasına təsir edəcək
2020-09-17 10:00
POS terminalların kütləvi tətbiqi Azərbaycanda kölgə biznesinin azalmasına təsir edəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kiçik və orta biznes sahəsində müəssisələrin işini əhəmiyyətli şəkildə dəyişəcək vacib addım istehlakçılar üçün POS terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılmasıdır. Onların olmaması və ya nağdsız ödənişi qəbul etməkdən imtina obyekt sahibinin 6 min manatadək cərimələnməsinə səbəb ola bilər. İstehlakçı bu cür halla qarşılaşarsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.
Fərid Mehdiyev