Portuqaliya premyerasında azarkeş futbolçuya hücüm edib
2021-04-11 12:08
Futbol üzrə Portuqaliya liqasında "Vitoriya" və "Portu" komandaları arasında keçirilmiş 29-cu tur matçında insident baş verib. Meydan sahiblərinin azarkeşi ikinci hissədə meydana daxil olaraq, "Vitoriya"nın kapitanı Roşinyanı təpiklə vurub. Bu azmış kimi o, komandanın daha bir futbolçusu Jeni Katamuya zərbə endirməyə cəhd edib. Bundan sonra stadion mühafizəçiləri meydana girərək, azarkeşi çölə çıxarıb. Matç Portu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nərgiz camal