Canlı
Portuqaliya - Azərbaycan oyununun keçirilmə yeri dəqiqləşib

2018-03-12 / 14:15

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası çərçivəsində baş tutacaq Portuqaliya - Azərbaycan oyununun keçirilmə yeri dəqiqləşib. Rəqib Faiq Qarayevin yetirmələrini Matozinyuş şəhərində qəbul edəcək. İyunun 2-nə təsadüf ediləcək görüş İdman və Konqres Mərkəzində oynanılacaq. Yığmamız A qrupunda Portuqaliya ilə yanaşı, Ukrayna və Bolqarıstanla da üz-üzə gələcək.

Ruhəngiz Hacızadə