Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi bəlli olub. Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. O, Polşa Futbol İttifaqının Fernandu Santuşla anlaşdığını yazıb. 69 yaşlı baş məşqçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalanacaq. Santuş Polşa seçməsində Çeslav Mixneviçi əvəzləyəcək.