Polislərin üzərinə "Kamaz" sürən ata və oğul saxlanılıblar
“KamAZ” markalı yük avtomobilinin sürücüsü Kamandar Məmmədova və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu, eyni markalı yük avtomobilinin sürücüsü Taleh Məmmədova Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonlarında yerləşən stasionar postlarında “saxla” işarəsi verilib. Lakin onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polisin üzərinə sürərək hərəkətlərini davam etdiriblər. Onlar saxlanılıblar və məhkəmənin qərarı ilə Kamandar Məmmədov barəsində inzibati həbs tətbiq edilib, oğlu Taleh Məmmədov isə iki yüz manat məbləğində cərimə olunub.