Polisin repetitorlara qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir – DİN
2020-03-09 16:00
"WhatsApp"da naməlum şəxs səs yazısı yayaraq repititorluqla məşğul olan müəllimləri ehtiyatlı olmağa çağırır. Səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər. Daxili İşlər nazirliyindən bildirilib ki, bu, tamamilə əsassız və uydurma bir iddiadır. Polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
Vüsalə Camal