Polisin çevik müdaxiləsi nəticəsində qadının qətlə yetirilməsinin qarşısı alındı
Bakıda dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib. Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı Fazil Məmmədov cinayətin qarşısını almağa nail olub və bıçaq maddi sübut kimi götürülüb. Həmin şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.