Polis valideynlərə çağırış edib
Daxili İşlər Nazirliyi uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün aidiyyəti qurumlarla birgə profilaktik tədbirlər aparır. Valideynlər uşaqların təhlükəsizliyi və davranışına nəzarət etməli, onların rəqəmsal və ictimai mühitdə fəaliyyətini izləməlidir. Polis izah, tövsiyə və preventiv yanaşmalarla risklərin qarşısını almağa çalışır. Məqsəd cəzalandırmaq deyil, uşaqları qorumaqdır. Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın.Bu diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.
19 fevral 2026

