Tərtərdə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən 63 yaşlı Valeh Şükürov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 251 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkarlanıb. Masallı polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatla isə əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.Faktlarla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Qubada isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.Faktla bağlı Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.
23 iyun 2026

