Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.DYPİ-dən bildirilib ki, əməliyyatla nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.
29 iyun 2026

