Polis hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
2020-01-19 12:04
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir. Sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur. Eyni zamanda qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.
Vəfa Şairova