Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

2021-02-23 14:10

Bərdədə mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, noutbuk və nəğd pul oğurlanmaqla sahibkarlara 4500 manatdan artıq ziyan vurulub. Əməli törətməkdə şübhəli bilinən Bakı sakini Natiq Novruzov saxlanılıb. Keçirilən digər tədbirlərlə rayonun Güloğlular kəndindəki anbarların birindən dəyəri 1400 manatdan artıq olan 3 ton arpa oğurlayan Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov də tutulub. Daha bir tədbirlə Alaçadırlı kəndində həmkəndlisini döyərək 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib. Belə ki, həmin cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilən Əliş Mirzəzadə törədib. Bundan başqa, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılıb və üzərindən 225 qram marixuana aşkar edilib.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik