Polis 22 kiloqramdan artıq narkotiki dövriyyədən çıxarıb
2021-02-22 16:09
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Füzuli Sultanovun üzərindən 514 qrama yaxın heroin götürüb. Abşeron rayonundakı evində isə 9 kiloqram heroin, 1 kiloqram 992 qram metamfetamin və 1900 ədəd “Metadon 40” həbi aşkar olunub. Bundan başqa, əvvəllər məhkum olunmuş Vüsal Rüstəmovun üzərindən 20 qrama yaxın, paytaxtdakı mənzilindən 7 kiloqram 444 qram qurudulmuş marixuana tapılıb. Salyan polisi isə Anar Yaqubova məxsus 3 kiloqram 290 qram heroini, 170 qram tiryək və 120 qram metamfetamini dövriyyədən çıxarıb.
Nərgiz camal