Polis əməkdaşları şəxsləri yaşadıqları ünvanlara geri qaytarıblar
2020-12-15 18:07
Koronavirusa yoluxmuş Goranboy sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərovun evlərini tərk etdikləri müəyyənləşib. Polis əməkdaşları şəxsləri yaşadıqları ünvanlara geri qaytarıblar. Faktlarla bağlı cinayət işi başlanıb. Hacıqabulda da COVID-19 virusuna yoluxan şəhər sakini, Qasımova Məleykə Hasanbek qızı yaşadığı ünvanını tərk edərək aptek və şəhər bazarında olub. Toplanılan materiallar əsasında Qasımova barəsində cinayət işi açılıb.
Fərid Mehdiyev