Polis əməkdaşı ondan şikayət edən həyat yoldaşını qətlə yetirib
2021-09-30 12:04
Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq həyat yoldaşını orada qətlə yetirib. Məmmədov saxlanılıb, faktla əlaqədar cinayət işi başlanılıb.
Nərgiz camal