Polisə Tovuzun Əyyublu kəndində restoranda toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub
2021-03-13 14:07
Polisə Tovuzun Əyyublu kəndində restoranda toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Məclisin keçirilməsinin qarşısı alınıb. 8 nəfərin hər biri 200 manat miqdarında, obyekt sahibi isə 4000 manat cərimə edilib. Paytaxtda isə aktiv koronavirus xəstəsi olan 38 yaşlı N.Rzayev və 36 yaşlı T.Bayramovanın yaşayış yerlərini tərk etdikləri müəyyən olunub. Şəxslər evlərinə geri göndəriliblər. N.Rzayev barəsində cinayət işi başlanılıb. Digər vətəndaşla əlaqədar araşdırmalar davam etdirilir.
Vüsalə Camal