Canlı
Polinanın 33 xalı qələbəyə bəs etmədi

2018-01-12 / 10:02

Qadın voleybolçular arasında Çempionlar Liqasının II tur oyunları davam edir. Milli komandamızın hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” İtaliya “Novara”sı ilə qarşılaşıb. Oyunu yüksək səviyyədə keçirən Rəhimova 33 xal toplasa da, bu, qələbə üçün yetərli olmayıb. İstanbulda baş tutan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Vəfa Şairova