Polietilen torbalarla bağlı market sahiblərinə xəbərdarlıq edilib
2020-01-07 12:04
“Polietilen torbalarla bağlı dəyişiklik market sahiblərinin marağında olmalıdır. Əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər”. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə qeyd edib ki, həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir. Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır. Polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq müraciətlər hazırlandığını və aidiyyəti qurumlara göndəriləcəyini söyləyən Xidmət rəisi vətəndaşlar üçün də müraciətlərin olacağını bildirib.
Vüsalə Camal