Pol Poqbanın taleyi həll olundu

2019-06-11 13:17

"Mançester Yunayted" futbolçusu Pol Poqbaya görə "Real"la danışıqlar aparmaqdan imtina edib. "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan fransalı yarımmüdafiəçinin komandaya transferini rəhbərlikdən istəyib. Ancaq Mançester təmsilçisi Poqbanın satılmadığını "Real"a bildirib. Poqba ötən mövsüm 47 görüşdə 16 qol vurub və 11 qolun ötürməsini verib.

Vəfa Şairova