Polşanın Legiya klubu Mahir Emreli ilə 3 illik müqavilə imzalayıb

2021-06-09 10:08

İdman sevərlər üçündə xəbərlərimiz var. Polşanın "Legiya" komandası millimizin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb. Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb. Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. Sərbəst güləşçimiz Hacı Əliyev Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open" turnirində bürünc medal uğrunda görüşə çıxıb. 70 kq-da mübarizə aparan 3 qat dünya və 3 qat Avropa çempionu gürcüstanlı Zurabi Yakobişvilini 2:1 məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb. “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib. Bu turda şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik