Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir
2021-04-17 10:10
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın 4-cü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Murad Allahverdiyev 81 kq-da ilk döyüşünü qələbə ilə başa vurub. O, 1/16 final mərhələsi çərçivəsində İtaliya təmsilçisini 4:1 məğlub edib. Allahverdiyev 1/8 final qarşılaşmasında Türkiyədən Kaan Aykutsunla üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq. Digər boksçularımız Elmir Novruzov və Cəfər Heydərlinin debütü uğurlu alınmayıb. Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnirə aprelin 23-də yekun vurulacaq.
Vüsalə Camal