Polşada gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb
2021-04-14 18:10
Azərbaycan boksçusu Əli Zamanov Polşada gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib. Dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.
Fərid Mehdiyev