Polşada gənc boksçular arasında dünya birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçirilib
2021-04-20 10:10
Polşada gənc boksçular arasında dünya birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin üzvü Nicat Hüseynov (49 kq) yarışın yarımfinalına vəsiqə qazanıb. Boksçumuz yarımfinala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq.
Fərid Mehdiyev