Piylənmədən əziyyət çəkən insanların beyinində struktur və funksional dəyişikliklər baş verir
2020-11-16 12:07
Piylənmədən əziyyət çəkən insanların beyinində struktur və funksional dəyişikliklər baş verir. Belə bir iddianı avstraliyalı alimlər irəli sürür. Tədqiqatlar göstərir ki, ciddi piylənməsi olan insanların beyin quruluşu dəyişir, bu da öyrənmə və yaddaş problemlərinə səbəb olur. Digər tərəfdən qarın bölgəsində piylənmə olan şəxslər beyin xəstəlikləri baxımından risk altındadırlar. Yaşlanma, şəkər qəbulu, yanlış qidalanma, siqaret, alkoqol da beyini kiçildən amillərdən sayılır.
Vüsalə Camal