Piyadanı vurub qaçan sərxoş şəxs xəstəxanalıq oldu
Gədəbəydə Nicat Allahverdiyev idarə etdiyi "VAZ21214" markalı avtomobillə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Fazil Şirinovu vurub. Piyada hadisə yerində həyatını itirib.
Bakının Suraxanı rayonunda isə 132 nömrəli xətt avtobusu piyada 1963-cü il təvəllüdlü Qəmər Muradovanı vuraraq öldürüb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində də Rəhimov Rahim Əliağa oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil 2004-cü il təvəllüdlü Bəylərova Nigar Niyazi qızını vurub. Qız xəstəxanaya çatdırılıb. Polis əməkdaşları sürücünün izahatını almaq istəyərkən o, qaçmağa çalışıb. Nəticədə sərxoş vəziyyətdəki şəxs yıxılaraq xəstəxanalıq olub. Faktlar araşdırılır.
Vüsalə Cənnətova