Piyadanı vuran avtomobil kanala aşıb
Oğuzun Padar kəndində hərəkətdə olan "Mercedes" markalı avtomobil yerli sakin Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra maşın yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev