Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb
2020-10-10 14:08
Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məkan Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fərid Mehdiyev