Canlı
Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən qurulur

2018-08-10 / 12:10

Kürdəmirdə 34 km-lik Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Yolun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən artıq əhalinin yaşadığı 3 kənddir. Yolda yerləşən 2 avtomobil körpüsü əsaslı bərpa edilib. Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqları tikiləcək, yol nişanı, km göstəricisi və məlumatverici lövhələr, həmçinin siqnal dirəkləri quraşdırılacaq.

Vəfa Şairova