PFL-ə "Kəpəz"dən Gəncə şəhər stadionu ilə bağlı müraciət daxil olmayıb
"Kəpəz" klubunun cari mövsümdə ev oyunlarından birini Gəncə şəhər stadionunda keçirməsi ot örtüyünün hazır olmasından asılıdır. Gəncə klubundan bildirilib ki, arena hazır olsa, Peşəkar Futbol Liqasına müraciət ediləcək. Stadion Azərbaycan Gənclər və İdman Nazirliyinin balansındadır və kluba “Neftçi” ilə matç üçün hazır olacağı ilə bağlı rəsmi məlumat verilməyib.PFL-dən isə klub tərəfindən stadionun təftişi ilə bağlı quruma hələ müraciət daxil olmadığı bildirilir.Qeyd edək ki,“Kəpəz” Neftçi PFK ilə Misli Premyer Liqasının XXXIII turunda üz-üzə gələcək. Matç mayın sonuna planlaşdırılıb.Gəncə şəhər stadionunda aparılan yenidənqurma səbəbindən “Kəpəz” artıq üç mövsümdür ev oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirir.
20 aprel 2026

