Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir
2021-11-22 14:04
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Səhiyyə Nazirliyindən bildirilib ki, məktuba əsasən preparatın istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.
Vüsalə camal