Peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə müraciət göndərməlidirlər. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim etməlidirlər. Yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq.
Fərid Mehdiyev