Peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayacaq
2024/2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsi keçiriləcək. Müraciət etmək istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə 22-29 iyul tarixləri arasında portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Gələn tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu isə iyulun 20-25-i aralığında aparılacaq.
Zülfiyyə Telmanqızı