Pezident İlham Əliyev dövlət qulluqçularını təltif edib
Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən 32 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa, 200-dən çox dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.Təltif olunan şəxslər dövlət idarəçiliyində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülüblər.
23 iyun 2026

