İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə dialoqun davam etdirilməsi üçün sanksiya və təzyiqlərin aradan qaldırılmasının vacibliyini bildirib. Pezeşkian bu barədə “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, təhdid və təzyiq şəraitində dialoqun aparılması məna kəsb etmir.İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkəsinin müharibə vəziyyətində olduğunu və hələ sülhə nail olmadığını bildirib.Nazir İranın hərbi təhdidlər və genişmiqyaslı iqtisadi sanksiyalarla üzləşdiyini deyib. O, ixracın genişləndirilməsinin, xüsusilə qonşu ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.ABŞ-la danışıqlara toxunan Əraqçi bildirib ki, İran öz planını Vaşinqtona təqdim edib. Onun sözlərinə görə, danışıqların irəliləməsi və Hörmüz boğazının açılması üçün İranın şərtləri yerinə yetirilməlidir. Nazir ölkəsinin təzyiqlər qarşısında geri çəkilməyəcəyini də qeyd edib.
21 oktyabr 2026

