Perunun təşkilatçılığı ilə noyabrın 11-də start götürən ağırlıqqaldırma üzrə onlayn dünya kuboku bu gün başa çatıb

2020-11-18 14:09

Perunun təşkilatçılığı ilə noyabrın 11-də start götürən ağırlıqqaldırma üzrə onlayn dünya kuboku bu gün başa çatıb. 61 ölkədən 399 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin üzvləri də qüvvəsini sınayıb. 102 kq çəki dərəcəsində Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atlet bu hərəkətdə ikinci yeri tutub. Toplam 310 kq nəticə Əli Şükürlüyə dünya kubokunun yekun sıralamasında da gümüş medal qazandırıb. 73 kq çəki dərəcəsində C qrupunda çıxış edən Sənan Sahibov isə toplam 228 kq nəticə ilə bu qrupda 4-cü yeri tutub.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik