Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib
Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib. Sənəddə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa etdiyi bildirilib. 8 noyabr tarixində “qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanıb.
Nərgiz Camalzadə