Perinatal Mərkəzdə baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir
Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Baş prokuror Kamran Əliyevin sözlərinə görə, ekspertizanın rəyindən sonra uşaqların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib. İntensiv terapiya şöbəsində müalicə alan 4 uşağınsa meyiti aşkar olunub. Təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri stabildir. Kamran Əliyevi ölkə rəhbərliyinin nəzarətində olan hadisədə təqsirli şəxslərin məsuliyyətə cəlb olunacağını açıqlayıb.
Fərid Mehdiyev