"Pensiyalara daxil edilən maddi yardımlar da indeksləşdirilir"- nazir müavini
Pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib ki, artım tempi 9,3 faizdir. 500 manat pensiya 546, 1000 manat pensiya isə 1093 manat olacaq. Bu hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət qulluqçularına da şamil edilir.

