Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edildi

2019-07-09 15:29

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir. Bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Fərid Mehdiyev