Pensiyaların artımla ödənişi bu həftədən başlanılır
Fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödəniləcək. Pensiyalar 11,2 faiz artırılmış məbləğlə veriləcək. Yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə ediləcək. Gələn həftə ərzində isə respublikanın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
Fərid Mehdiyev