Canlı
Pensiyaları sabah günün sonunda iki aylıq artımlarla birgə almaq mümkün olacaq

2018-02-14 / 18:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarına 5,7 faiz artımın edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb. Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə bildirib ki, bu gündən artıq maliyyələşmə işlərinə başlanılıb. Pensiyaçılar sabah günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər.

Fərid Mehdiyev